2024-cü ildə Azərbaycanda uşaqlara verilən nadir adlar - SİYAHI

 18:59 31.12.2024     397

2024-cü ildə Azərbaycanda uşaqlara verilən bir sıra nadir adlar məlum olub.

Redaktor.az xəbər verir ki, bu il Zərqələm, Tükəzban, Dağlar, Məhluqəzəhra, Səmərqənd, Tuncayə, Bikəxanım, Sərvinaz, Almaxanım, Nənəş, Arazəli, Dağıstan, Dağhan, Xanəli, Xanımzeynəb, Oğuzcan, Saniyə, Buludxan, Əmin, Əminağa, Dua, Amine, Aminaxatun, Canel adlarının hər biri bir uşağa verilib.

İl ərzində bir uşağa qoyulan nadir adlar sırasına Cansel, Qurbət, Malikə, Üseyd, Pavel, Mikael, Həkim, Namin, Qarakişi, Qabriealla, Üzel, Birgül, Sinay, Sifayə, Siadə, Xırdaxanım, Xına, Zinnurə, Çilənay, Çigəli, Şahməran, Şikar, Qılınc, Qıznişan, Limanə, Zinhar, Elis, Elmi, İlanur, İmmi də daxildir.

Eyni zamanda, Ramo, Güldanə, Bəyim, Bəyimxanım, Misir adlarının hər biri iki uşağa verilib, üç uşağa isə Nənəxanım, Zara, Şiraslan, Pamir adları qoyulub.