Bakıda avtobuslar bu saata kimi İŞLƏYƏCƏK

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ictimai nəqliyyatın hərəkət qrafikinə dəyişiklik edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Redaktor.az-a bildirilib ki, avtobusların hərəkət qrafilki saat 01:30-a kimi uzadılıb.
"Qeyd edək ki, xətlər üzrə avtobusların sayı da artırılıb", - deyə məlumatda bildirilir.