AYNA “skoç”lu avtobusla bağlı qərar VERDİ
Xəbər verdiyimiz kimi, ötən gün 91 saylı sərnişin avtobusunun arxa şüşəsinin “skoçlanaraq” idarə olunması müzakirələrə səbəb olub.
Yayılan görüntülərlə bağlı AYNA-dan Redaktor.az-a bildirilib ki, qurum tərəfindən araşdırma aparılıb.
Daşıyıcının məlumatına görə, avtobusun arxa şüşəsi qəza nəticəsində zədələnib və görüntülər nəqliyyat vasitəsi qaraja yollanarkən qeydə alınıb:
“91 nömrəli avtobusun daşıyıcısına xəttin nizamlı fəaliyyəti və sərnişindaşıma qaydalarına riayət edilməsi ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, lazımi tədbirlər görülməyib.
Belə olan halda 91 nömrəli müntəzəm avtobus marşrutunun yaxın zamanda müsabiqəyə təqdim edilməsi planlaşdırılır”.