Jurnalistə bu nazirlikdə vəzifə verildi
Jurnalist Günel Əhmədovaya Ədliyyə Nazirliyində vəzifə verilib.
Redaktor.az xəbər verir ki, o, bu barədə özünün feysbuk hesabında məlumat verib.
"Artıq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbuat xidmətində İctimaiyyətlə əlaqələr üzrə Baş məsləhətçi kimi işə başlamışam. Mənə göstərilən etimada görə minnətdaram. Yeni il, yeni imkanlar hər birimizə uğurlu olsun!", - deyə G.Əhmədova yazıb.
Qeyd edək ki, G.Əhmədova oxu.az saytında və "Aztelekom" MMC-nin kommunikasiya bölməsində işləyib.