Məhkəmə jurnalistə qarşı sürülən ittihamları rədd ETDİ
Xəbər verdiyimiz kimi, bu il martın 2-si itkin düşən və mayın 14-ü Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini 22 yaşlı Könül Ağayevanın nənəsi Gülzar Ağayeva jurnalist Vasif Əlihüseyni məhkəməyə vermişdi və bu gün Cəlilabad rayon Məhkəməsində məhkəmə iclası keçirilib.
Bu haqda Redaktor.az-a Vasif Əlihüseyn özü açıqlama verib. Jurnalist K.Ağayeva ilə bağlı "Qafqazinfo"da yayımlanan yazıya görə məhkəməyə verildiyini bildirib:
"Dekabrın 7-də Qafqazinfo-da "Könülü öldürdükdən sonra fotosunu sosial şəbəkədə paylaşıbmış" başlıqlı yazını saytımda istinadla yayımladığım üçün Könülün nənəsi Gülzar Ağayeva məni xüsusi ittiham qaydasında məhkəməyə verərək cəzalandırılmağımı tələb etdi. Bu gün keçirilən məhkəmə prosesində xüsusi ittiham qaydasında mənə qarşı sürülən ittihamları qəbul etməyib və əsassız olduğunu hakim Elxan Əmirəliyevin diqqətinə çatdırdım. Hakim həm iddiaçının, həm də mənim sübutlarımla tanış oldu. Sonda qarşı tərəfin xüsusi ittiham qaydasında məndən verdiyi şikayəti təmin edilmədi".
Uğur