Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI

Bakıda və Abşeron yarımadasında yanvarın 8-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.
Yağıntılar gündüz tədricən kəsiləcək, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-11° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək.
Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4° isti, gündüz 7-12° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.