Metroda gediş haqqı artırılır?

Bakı metrosunda gediş haqqının 55 qəpik olacağı bildirilir.
Redaktor.az xəbər verir ki, pravda.az məsələni dəqiqləşdirmək üçün “Bakı Metropoliteni” QSC-nin artımla bağlı Tarif Şurasına müraciət edib-etmədiyi barədə sorğu ünvanlayıb.
Üç gün keçməsinə baxmayaraq, qurumdan heç bir mövqe bildirilməyib.
Xatırlatma: Hazırda metroda gediş haqqı 50 qəpikdir.