Sabah bu şəhərdə işıq OLMAYACAQ

Sabah Naxçıvan Muxtar Respublikasının Babək şəhərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Redaktor.az xəbər verir ki, 35/10 kilovoltluq "Quşçuluq" yarımstansiyasından qidalanan 35 kilovoltluq hava elektrik verilişi xətti elektrik dirəklərinin yerinin dəyişdirilməsi səbəbindən sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq Babək şəhərində yanvarın 9-da saat 13:00-dan 14:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.