Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə VERİLMƏDİ

Yeni doğulan uşaqlara eyni adların təkrar-təkrar verilməsinin qarşısı alınmalıdır.
Redaktor.az xəbər verir ki, bunu Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
O bildirib ki, Azərbaycan dilində izahlı lüğətlər hazırlanıb: “Bu lüğətlərdə 12-13 minə qədər ad öz əksini tapıb. Bir məktəbdə, sinifdə Əli yaxud Fatimə adının 15-20 nəfərə verilməsi yaxşı hal deyil".
Sayalı Sadıqova uşaqlara mürəkkəb adların verilməsini də yaxşı hal hesab etmir:
"Məsələn uşağa Zeynəb, Fatimə, Məryəm adlarının birlikdə verilməsi ilə bağlı müraciət edilmişdi. Bu adların ancaq birinin yazılması tövsiyə edilib”.