Bakının mərkəzi küçəsində səkilər zəbt olundu - RƏSMİ AÇIQLAMA
Bakının Afiyəddin Cəlilov küçəsində səkilər zəbt olunub. Ərazidə yaşayan sakinlər məcburiyyətdən maşın yoluna çıxdıqlarını bildirirlər.
Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya ərazinin qurumun nəzarətində olduğu açıqlanıb.
“Ərazi rayon İcra hakimiyyəti olaraq nəzarətimizdədir. Hazırda orada səkinin bərpası işləri gedir. Sonra isə rayonun digər prospekt və küçələrində olduğu kimi, yaşıllıq zolağı yaradılacaq. Ərazidə heç bir ağac kəsintisindən söhbət gedə bilməz.
Çünki orada ağac olmayıb. Əksinə şəkillərdən də göründüyü kimi parklanma yeri kimi istifadə olunub. Hazırda isə qeyd olunduğu kimi müasir norma və qaydalara uyğun olaraq səki və yaşıllıq zolağı yaradılır”, - rəsmi açıqlamada vurğulanıb.