Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin OLUNDU

 18:03 14.01.2025     288

Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən xəbər verilib.

Bildirilib ki, TƏBİB-in İcraçı direktorun müavini Anar İsrafilovun təqdimatı ilə Mərkəzin direktoru vəzifəsi Nəhmət Rəhmanova həvalə olunub.

Nəhmət Rəhmanov bundan əvvəl TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) strukturuna daxil olan 3 nömrəli Vərəm Əleyhinə Dispanserin əmlak bazası əsasında "Ağciyər Xəstəlikləri Mərkəzi" publik hüquqi şəxs yaradılıb və BBSM-nin strukturuna daxil olan 1, 2, 3, 4, 5, 6 nömrəli Vərəm əleyhinə Dispanser, 1 və 2 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası, 1 nömrəli Uşaq Vərəm Xəstəxanası və Abşeron Rayon Mərkəzi Xəstəxanasının strukturuna daxil olan Saray Modul tipli Vərəm Xəstəxanası Ağciyər Xəstəlikləri Mərkəzinin tərkibinə daxil edilib.

TƏBİB-in İcraçı direktorunun 26 dekabr 2024-cü il tarixli 18-1/3-1-2572/2024 nömrəli əmri ilə Ağciyər Xəstəlikləri Mərkəzinin struktur və ştat cədvəli də təsdiq edilib. TƏBİB-in Müşahidə Şurasının 9 iyul 12-Q/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ağciyər Xəstəlikləri Mərkəzinin strukturuna daxil edilən xəstəxana, dispanser, şöbə və kabinetlərin siyahısı”nda qeyd edilən və TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinin strukturuna daxil olan (50 rayon mərkəzi xəstəxanası) ftiziatrik kabinetlər və vərəm şöbələri də müvafiq olaraq Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyinə verilib.

22222
Vumart və Güvən reklamı Vumart Güvən