Azərbaycanda qatarla Rusiyaya getmək istəyənlərin NƏZƏRİNƏ!

 18:15 17.01.2025     112

Mart ayından etibarən Azərbayan və Rusiya arasında dəmiryolu ilə sərnişindaşıma bərpa olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Gununsesi.info”ya məlumatlı mənbələr bildirib. Qeyd olunur ki, hər iki ölkənin müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub.

Ötən il dekabrın 25-də Bakıdan Qroznı şəhərinə uçan Azərbaycan Hava Yollarına məxsus “Embrader 190” sərnişin təyyarəsinin Rusiya səmasında HHQ tərəfindən vurulmasından sonra qonşu ölkənin 10-a yaxın hava limanına uçuşlar dayandırılıb.

Məlumdur ki, bu hadisədən bir neçə gün sonra gözləntilərin əksinə, Baş nazir Əli Əsədov Azərbaycanda xüsusi karantin rejiminin növbəti dəfə aprelin 1-ə qədər uzadılması haqda qərar verib. Nəticədə Rusiyada çalışan azərbaycanlılar gediş-gəliş problemi ilə üzləşib.

Görünür, Rusiya və Azərbaycan hökumətləri arasında qatarlar vasitəsi ilə sərnişindaşımanın bərpa olunması barədə razılaşma problemin qismən həllinə yönəlib.