XVIII əsrə aid məscidin bərpasına 70 min manat AYRILDI

 09:43 18.01.2025     68

Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən "Sərşəhər Məscidi" tarix-memarlıq abidəsinin bərpasına başlanılır.

Redaktor.az xəbər verir ki, məscidlə yanaşı, Sərşəhər meydanına giriş baş tağlarının bərpası və meydanın abadlaşdırılması işləri həyata keçiriləcək.

Belə ki, artıq bununla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində müvafiq işlərə yekun vurulub.

Nazirlik sözügedən işlərin icrasını “Storm Building” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 69,7 min manat ödənilib.