Növbəti köç karvanı Cəbrayıla ÇATDI

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.
Redaktor.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə daha 42 ailə (206 nəfər) köçürülüb.
Xatırladaq ki, yanvarın 16-da Cəbrayıl şəhərinə 32 ailə – 153 nəfər köçürülmüşdü.