“İlham və Fərizə” bulağının açılışı oldu – FOTOLAR

 15:25 18.01.2025     212

Bu gün Binəqədi rayon Günəşli küçəsində 20 Yanvar şəhidləri İlham və Fərizənin şərəfinə tikilən bulağın açılış mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, açılış mərasimində şəhid ailələri, qazilər, siyasi xadimlər iştirak ediblər.

Millət vəkillərindən Aydın Mirzəzadə, Razi Nurullayev, Aydın Hüseynov, Nigar Məmmədova, Milli Qəhrəman Şirin Mirzəyevin xanımı Flora Qasımova, Xalq şairi Ramiz Rövşən, Qarabağ qazilərindən Rey Kərimoğlu, İlham Tumas, hərbi diktor Şəmistan Əlizamanlı, jurnalist Orxan Fikrətoğlu və şəhid ailəsinin yaxın qohumları çıxış ediblər.

Tədbirdə çıxış edən şəxslər İlham və Fərizənin sevgi dastanından söz açıblar.

Sonda İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev tədbir iştirakçılarına öz təşəkürünü bildirib.

Qeyd edək ki, İlham və Fərizə 1989-cu il martın 19-da nişanlanıblar. 1989-cu il iyunun 30-da isə toyları olub. 1990-cı il 20 Yanvar hadisəsi zamanı İlham şəhid olduqdan sonra bu həsrətə dözməyən Fərizə də zəhər içərək özünü öldürür. Onların sevgi dastanı bu gün Azərbaycanda dillər əzbəridir. 30 iyuun İlham və Fərizənin toy günü 2004-cü ildən qeyri-formal olaraq Azərbaycanda “Sevgililər Günü” kimi qeyd olunur.

Vasif ƏLİHÜSEYN

2222222