İmişlidə baş verən qəzada xəsarət alanların son durumu AÇIQLANDI
İmişli şəhərindəki ağır-yol nəqliyyat hadisəsi zamanı həyatını itirən və xəsarət alan şagirdlərin son vəziyyəti açıqlanıb.
Redaktor.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğusuya cavab olaraq bildirilib ki, təxliyə olunan şəxslərdən bir nəfərin (qadın cinsli) xəstəxanada, bir uşağın isə hadisə yerində həkiməqədər ölümü baş verib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 yanvar saat 12:50-də İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına iki təcili tibbi yardım briqadası cəlb olunub.
Xəsarət alan üç uşaq (qadın cinsli) biri kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
1992-ci il təvəllüdlü (kişi cinsli) və 2015-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır olaraq qiymətləndirilir", - deyə məlumatda vurğulanır (oxu.az).