Baş prokuror estetik cərrahlardan DANIŞDI

 11:45 20.01.2025     106

“Diplomsuz fəaliyyət göstərən estetik cərrahlarla bağlı Səhiyyə Nazirliyi ilə Baş Prokurorluq birgə komissiya yaradıb. Faktlarla bağlı cinayət işi başlanılıb”. 

Redaktor.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev deyib. 

Kamran Əliyev bildirib ki, hazırda istintaq davam edir. Bununla bağlı qabaqlayıcı tədbirlərin görülməsi üçün komissiya işləyir. Komissiya bu problemin səbəblərini araşdırır. Bu cür halların gələcəkdə baş verməməsi üçün tədbirlər planı hazırlayıb həyata keçiriləcək.