"AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırmalar aparırıq"

 11:55 20.01.2025     88

AZAL təyyarəsinin Aktauda qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiyanın müvafiq qurumları, hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparılır.

Redaktor.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hər üç ölkədə cinayət işi başlanılıb, istintaq aparılır: “Hər üç dövlət özünə aid sübutları toplayır, sonradan bu sübutların birgə tədqiqi aparılacaq və təqsirkar şəxslərin müəyyənləşdirilməsi istiqamətində işlər görüləcək”.

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.