Platforma qapılarının tətbiqi imkanları öyrəniləcək - "Bakı Metropoliteni"

 13:35 20.01.2025     174

Bakı metrosunda platforma qapılarının tətbiqi imkanları öyrəniləcək.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov bildirib.

"Bu qapılar sıxlığın daha çox olduğu stansiyalar üçün aktual sayılır. Lakin bu yaxınlarda sərnişini çox az olan “Ulduz” stansiyasında hadisə baş verdi. Deməli, sərnişin məsuliyyəti də çox vacibdir. Mən hətta deyərdim ki, həlledicidir. Ötən il qatar stansiyaya daxil olan zaman 3 dəfə sərnişinin stansiya yoluna düşmə hadisəsi baş verib. Əfsus ki, 2-si ölümlə nəticələnib. Bundan əlavə, 2 dəfə də sərnişinin ehtiyatsızlığı və yaxud məsuliyyətsizliyi xüsusi təhlükəli vəziyyət yaradıb. Ümumən, ötən il 374 nəfər inzibati məsuliyyətə cəlb edilib. Bilirsiniz, İnzibati Xətalar Məsəlləsinin 306-cı maddəsi metroda qayda pozuntularını nəzərdə tutur. Yəni qaydalar, təhlükəsizlik tələblərinə əməl edilməsi vacibdir. Diqqətsizlik, ehtiyatsızlıq belə, sərnişinlərin həyatına son qoya bilər", - deyə o qeyd edib ("Report").