“Hazırda intensiv olaraq metrodan istifadə edirəm” - “Bakı Metropoliteni”nin sədri

 14:12 20.01.2025     73

"Bakı Metropoliteni" QSC-nin yeni sədri Vüsal Aslanov hazırda daha intensiv olaraq metrodan istifadə etdiyini və elə bu gün də buraya, "20 Yanvar" stansiyasına sərnişinlər arasında gəldiyini bildirib.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında V. Aslanov deyib.

Onun sözlərinə görə, yəqin ki, metrodan hər kəs həyatında bir dəfə də olsa, istifadə edib: “Son illərdə, daim olmasa da, metropolitendən istifadə edirdim. Metropolitenin memarlığı, xüsusən “Nizami” stansiyası sənət incisidir. Onu yerində görməmək olarmı?!”

V. Aslanov bildirib ki, indi daha çox bu nəqliyyatın cari və gələcək məsələləri ilə məşğuldur: “Deməli, metropolitendən daim isitifadə edəcəyəm. Stansiyalar, depolar, bir sözlə, bütün metro infrastrukturu gündəlik həyatımın bir hissəsinə çevrilib”. ("Report")