Səfirliyimizə terror hücumu edən şəxslə bağlı edam hökmü TƏSDİQLƏNDİ

 15:47 22.01.2025     259

İranın Ali məhkəməsi Azərbaycan Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib.

Redaktor.az İSNA-ya istinadən xəbər verir ki, bunu İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangiri mətbuat konfransında bildirib.

Məlumata görə, hökm icra üçün Tehran məhkəməsinə göndərilib. İnformasiyaya əsasən, müttəhimin valideynləri onunla görüşə gələndən sonra hökm icra olunacaq.