İsmayıllıda zəlzələ OLDU

 09:20 31.01.2025     108

İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar 05:18-də İsmayıllı stansiyasından 22 km şimalda, İsmayıllıda qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.