Bu küçələrdə nəqliyyatın hərəkəti tam MƏHDUDLAŞDIRILIR

 10:16 31.01.2025     166

Fevralın 1-də saat 06:00-dan etibarən Bakının Nərimanov rayonunun Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Redaktor.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verib.

Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”,-deyə, məlumatda deyilib.