Deputat Afət Həsənova Gənclər Gününə həsr olunan tədbirdə iştirak etdi - Foto

 09:11 01.02.2025     134

Milli Məclisin deputatı Afət Həsənova Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbirdə iştirak edib.

Redaktor.az xəbər verir ki, tədbirdə bir sıra ictimai xadimlər də olub.

Tədbir öncəsi rayon rəhbərliyi və gənclər Ulu Öndərin Heydər Əliyev parkında yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Bir qrup gənc Gənclər Günü münasibətilə rayonun ictimai həyatında fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.

Sonda tədbir Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Xarı Bülbül” Muğam qrupunun təqdimatında bədii hissə ilə yekunlaşıb.

 

22222222