Qanunsuz silah-sursat AŞKARLANDI

 13:55 01.02.2025     71

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 4 qumbara, 1 pulemyot, 5 alışdırıcı, 6 tüfəng, 6 patron darağı və 246 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.