Mehriban Əliyeva gəncləri təbrik ETDİ

 12:40 02.02.2025     84

Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

Redaktor.az xəbər verir ki, Azərbaycan gənclərinə təbriklərini çatdıran Mehriban Əliyeva paylaşımında qeyd edib: 

 “Qoy hər bir gəncimiz öz zəkası, biliyi, bacarığı, qələbə və nailiyyətləri ilə xalqımızı hər zaman qürurlandırsın!”

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.

 


 Bizi Twitterdə izləyin