Bakı-Sumqayıt yolunda böyük tıxac var - FOTO
Həftənin ilk iş günü Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.
Redaktor.az-ın ərazidə olan əməkdaşının verdiyi xəbərə görə, Xırdalan dairəsindən üzü 20 Yanvar istiqamətində dəhşətli tıxac yaranıb.
Hərəkət demək olar ki, iflic olub. Sürücülər illərdir ki, bu yoldakı tıxac probleminin nə vaxt həll olunacağını səbirsizliklə gözləyirlər.
Bununla yanaşı, onlar avtobusların orta və sol zolaqda hərəkət etməsindən şikayətlıniblər.
Vasif ƏLİHÜSEYN