Deputat bu şəxslərə qarşı cərimə və sərt cəzalar İSTƏDİ
"Süni intellektlə bağlı bəzi təhlükəsizlik məsələlərini qanunlar tənzimləmir. Bu gün süni intellektdə insanların məlumatları toplanır. Belə olduğu halda onların şəxsi məlumatları təhlükəyə girir".
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Azay Quliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.
"Dünyada bununla bağlı qanunlar hazırlanır. Çünki bu artıq dünyəvi təhlükəyə çevrilib. Azərbaycanda da buna uyğun qanunlar var, amma tənzimlənmə işləri aparılmalıdır. Zərərçəkmiş şəxslərlə bağlı qaydalar tətbiq olunmalıdır. Bu halları pozan şəxslər və qurumlara qarşı cərimələr, sərt cəzalar tətbiq olunmalıdır", - deyə o əlavə edib.
Türkan İSGƏNDƏRLİ