"Dünyanın heç bir yerində həkimləri reklam etmirlər" - Musa Quliyev

 12:27 03.02.2025     116

"Təklif edirəm ki, reklam agentliyi ilə bağlı qanunlara baxılsın. Televiziyada proqram və verilişlərin sponsorları həkim, xəstəxanalardır".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Musa Quliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

"Çoxlu qanun pozuntuları var. Buna görə ölüm halları artır. Bədən şəkilləndirmə, estetik, plastik əməliyyatların sayı da artır. Dünyanın heç bir yerində həkimləri reklam etmirlər. Bəzən yaxşı həkimi də reklam edirlər, pasiyenti çoxalır, hamıya vaxt ayırmaq üçün tələsik işlər görür və xətalar edir. Bu da işin keyfiyyətini aşağı salmış olur".

Türkan İSGƏNDƏRLİ