"İndi kanallar həkimlərlə dolanır, bu yığışdırılsa, onların vəziyyəti pis olacaq" - Aqil Abbas

 12:47 03.02.2025     107

"Musa Quliyevin dediklərinə qatılıram. Reklam haqqında qanunlara baxılmalıdır. Sovetin dövründə bir həkim haqda yazılmışdı. Həmən adamı az qala öldürürdülər ki, həkim haqda niyə yazmısan?".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

"İndi televiziyalarda boğuşmalardı ancaq. Heç görmüsünüz Rəşid Mahmudovu tərifləsinlər? İndi kanallar həkimlərlə dolanır, bu yığışdırılsa, onların vəziyyəti pis olacaq. Sözsüz ki, Azərbaycanda yaxşı həkimlər də var. Bunu danmaq olmaz".

Türkan İSGƏNDƏRLİ