Xocalıda ilk körpə doğuldu - FOTO

 09:55 04.02.2025     159

İşğaldan azad edildikdən sonra Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib.

Redaktor.az xəbər verir ki, Xocalı sakini, 1996-ci il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır.

Ballıca kəndində dünyaya göz açan körpəyə babası Mehdinin adını veriblər. Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir. 

Qeyd edək ki, körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı, qazi, müharibə veteranıdır. Hazırda ANAMA-da işləyir. Məmmədovlar ailəsi bir müddət əvvəl Ballıca kəndinə köçüblər.

Bir 2 nəfər və xəstəxana şəkili ola bilər

Bir 6 nəfər, gülümsəyən insanlar, xəstəxana və mətn şəkili ola bilər