"Peşəsini bilən həkim özünü reklam etməz" - Rəşid Mahmudov

 11:30 04.02.2025     152

Xəbər verdiyimiz kimi, millət vəkili Aqil Abbas Milli Məclisdə çıxışı zamanı televiziyaların həkimləri reklam etməsini sərt tənqid edib. O, deyib ki, heç görmüsünüzmü Rəşid Mahamudovu tərifləsinlər? Deputat həmçinin qeyd edib ki, televiziyalar da həkimləri reklam etməklə dolanır, əgər bu olmasa, onların da maddi vəziyyəti yaxşı olmayacaq. A.Abbas  bildirib ki, ölkədə peşəkar həkimlər də var və bunu danmaq olmaz.

Məsələylə bağlı Redaktor.az-a danışan Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deputata onun haqqında səsləndirdiyi fikirlərə görə təşəkkür edib və bildirib ki, peşəsini bilən həkim reklam olunmamalıdır:

"Aqil bəyə haqqımda səsləndirdiyi müsbət fikirlərə görə təşəkkür edirəm. Doğrudan da həkim öz peşəsini yaxşı bilməlidir. Amma çox təəssüf ki, bu gün televiziya kanallarımızda ucdantutma əksər həkimləri reklam edirlər. Bəzən bunun ağır fəsadları da olur. Yəni xəstə həkimi televiziyada görür, ona müraciət edir, əməliyyat və ya müalicə uğursuz olanda problem yaşanır. Dünyanın heç bir yerində həkimi televiziya kanallarında reklam etmirlər". 

Vasif ƏLİHÜSEYN