Onların da sertifikatı ləğv olundu - FOTO

 13:42 05.02.2025     114

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi 10-a yaxın estetik cərrahın cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsini ləğv edib.

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla əldə etdiyi məlumatına görə, siyahıda bir sıra tanınmış şəxslər var.

Belə ki, lisenziyası ləğv edilənlər arasında “Milan VİP” hospitalın həkimi Könül Ağamirova ilə “Azərtürkmed” klinikasının cərrahı Şövkət Əliyevanın da adı var.

Qeyd edək ki, Lent.az saytı estetik cərrah Sevinc Heydərovanın da lisenziyasının ləğv olunmasına dair məlumat yayıb.