Cəbrayıla qar yağdı - FOTO
Qışın oğlan çağı işğaldan azad olunmuş Cəbrayıl rayonunda da özünü göstərir.
Redaktor.az xəbər verir ki, fevralın 6-da rayon ərazisinə qar yağıb, hər tərəf təbiətin ağ örpəyionə bürünüb.
Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Cəbrayıl rayonunun mərkəzində yenidənqurma, tikinti işləri aparılır. Böyük Qayıdış çərçivəsində rayon mərkəzində məskunlaşma həyata keçirilir.
Sonuncu köç yanvarın 18-də olub, bu mərhələdə Cəbrayıl şəhərinə 42 ailə - 206 nəfər köçürülüb.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır (modern.az).