Bu rayonun bir neçə kəndində suvarma kanalları təmizlənir
![](https://img.redaktor.az/news/2025/02/photo_269542.webp)
Qazaxda əkin sahələrinin suvarılmasında çətinliklərin yaranmaması üçün Canalı, Hüseynbəyli, Ağköynək kəndlərindəki arx və kanallarda təmizlik işləri aparılıb.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün artıq 244,58 km-i texnika, 123,75 km-i əl əməyi ilə olmaqla, 368,33 km məsafədə təmizlik işləri həyata keçirilib. Bu da illik nəzərdə tutulan işlərdən artıq olub.
Belə ki, 2024-2025-ci illərdə 220,40 km-i texnika, 107,10 km-i əl əməyi ilə olmaqla, 327,50 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdu.