Təndir çörəyinin də qiyməti ARTDI

 21:01 06.02.2025     124

 Xəbər verdiyimiz kimi, Azərbaycanda son günlər çörəyin qiyməti 10 qəpik qalxıb. 

Redaktor.az-ın Xırdalan ərazisində olan əməkdaşı hər gün 60 qəpiyə aldığı təndir çörəyinin bu gündən 70 qəpiyə olduğunu öyrənib. 

O, sahibkarlarla apardığı söhbət zamanı onlar deyiblər ki, təndir çörətinin qiymətinin artımına səbəb mavi qazın qiymətində olan artımdır. Çünki indi əksər obyektlərdə təndir çörəyini odunla deyil, qazla bişirirlər. 

Vasif ƏLİHÜSEYN