Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

 18:40 08.02.2025     65

Milli Hidrometeorologiya Xidmətinin fevralın 8-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Xidmətdən Redaktor.az-a verilən məlumata görə, belə ki, Abşeron yarımadasının bəzi yerlərində, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Şəki, Oğuz, Zaqatalada (Əlibəy) arabir qar yağır.

Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında arabir 30 m/s ,sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan MR-da 18 m/s, Şirvanda 15 m/s-yə çatıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4,6 metrə çatıb.

Qax, Şəki (Kişçay), Lerik, Daşkəsən, Göygöl, Tovuz, Ağstafa, Gəncədə duman müşahidə olunur. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 6 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə isə 14 dərəcəyədək şaxta qeydə alınıb.