Bakıya qar yağır - FOTO
Bu gün axşam saatlarından etibarən Bakıda qarlı hava müşahidə olunur.
Redaktor.az xəbər verir ki, artıq paytaxta yağan ilk qarın videogörüntüləri sakinlər tərəfindən sosial şəbəkələrdə paylaşılır.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, fevralın 8-də yarımadanın ayrı-ayrı yerlərində yağıntının sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq fevralın 7-10-da bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.