"Onlarla bərabər icra başçıları da məsuliyyətə cəlb edilməli idi" - Deputat

 12:33 10.02.2025     441

Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq?

Redaktor.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Regional məsələlər iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin (2024-cü il üzrə) müzakirəsində deputat Elman Məmmədov deyib.

Deputat bildirib ki, bu gün bələdiyyələr icra başçısının icazəsi olmadan heç nə etmirlər, torpaq satmırlar: “Burada məsuliyyətə cəlb edilən bələdiyyə üzvlərinin sayı açıqlandı. Onlarla bərabər icra başçıları da məsuliyyətə cəlb edilməli idi. Bələdiyyələr o vaxt keyfiyyətli işləyəcəklər ki, faktiki olaraq tam müstəqil fəaliyyət göstərə bilsinlər. Biz bunu gözləyirik”.