"Bir çoban milyonu olanlardan daha xoşbəxt yaşayır"

 22:24 12.02.2025     132

"Maliyyə azadlığı azadlıqların ən vacibidir. Amma bu pulun və əmək haqqının çoxluğu ilə olmur".

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. 

Onun fikrincə, nə hər gün səhər tezdən oyanlb işə getməyə məcbur olan adam, nə də nahar fasiləsində "tez yeyim, işə qaçım", deyə düşünən adam hər saatına görə 100 dollar qazansa belə o zəngin deyil, onun maliyyə azadlığı yoxdur:

"Çünki onlar, bahalı maşın sürmək üçün və ya dəbdəbəli evdə yaşamaq üçün və yaxud da ətrafındakılarla ayaqlaşmaq üçün gecə-gündüz qarışqa kimi çalışmaq zorunda qalır. Qazandlqlarını da bina tikənlərə, avtomobil istehsal edənlərə və ya digər əsl maliyyə azadlığı olanlara xərcləyir.

Başqa sözlə, insan öz tələb və istəklərini lazımı sərhədlərdə tuta bilmədiyi üçün hər ay 10 min dollar qazansa da faktiki gecə-gündüz başqaları üçün işləməyə məcbur qalır".

Eldəniz Əmirov qeyd edib ki, amma bu tələbləri doğru idarə edə bilənlər özündən 10 dəfə çox qazananlardan daha zəngindir.

"Buna görə də az qazananda az yeyən, çox qazananda çox yeyən bir çoban da bəzi milyonu olanlardan daha azad, daha zəngin və daha xoşbəxt həyat yaşayır", - deyə ekspert bildirib. 

Turan İSMAYIL