Prezidentin yüksək vəzifəyə təyin etdiyi Rüfət Mahmud kimdir? - DOSYE
![](https://img.redaktor.az/news/2025/02/photo_270318.webp)
Rüfət Nahid oğlu Mahmud Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Redaktor.az Rüfət Mahmudun dosyesini təqdim edir.
Rüfət Mahmud Xəzər Universitetinin bakalavr, İqtisad Universitetinin (UNEC) magistratura pillələrini bitirib. 2006-2007-ci illərdə Sirakuz Universitetinin Maksvell Məktəbində təhsil alıb.
Rüfət Mahmud son təyinatadək SOCAR-ın Rusiyada törəmə müəssisəsi olan "SOCAR Rus" MMC-nin baş direktoru olub.
2019-22-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri, 2009-18-ci illərdə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) direktorlar şurasının sədri vəzifələrində işləyib.
Rüfət Mahmud, həmçinin Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və İqtisadiyyat Nazirliyində işləyib.