Qüdrət Həsənquliyev bələdiyyələrə irad tutdu

"Məruzədə bəzi məqamlarda konkretlik çatmır. Məsələn qeyd olunur ki, şəhid ailələrinə yardım olunur. Amma bunun qədəri bildirilmir".
Redaktor.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında bələdiyyələrlə bağlı illik məruzənin müzakirəsi zamanı dedi.
"Bəzi məkanlarda küçə itləri çoxdur. Bələdiyyələr bununla bağlı hansı işləri gördüyünü məlumat vermir. Bələdiyyələrə nəzarət olunmalıdır ki, dəqiq rəqəmlər qeyd olunsun", - deyə millət vəkili əlavə etdi.
"Dünyanın hər yerində tikintiyə icazə verən bələdiyyələrdi. Bizdə də belə olsa investisiyalar artar. Ölkəmizdə bələdiyyələr ciddi işlə məşğul deyil. Onların üstünə məsuliyyət qoymaq lazımdır", - Q.Həsənquliyev bildirdi.
Türkan İSGƏNDƏRLİ