"Bələdiyyələr hansısa qurumdan asılı olmamalıdır" - Əli Məsimli

 12:02 14.02.2025     321

"Məruzədə bildirilir ki, bələdiyyələrin fəaliyyətində son beş ildə 158 cinayət işi aşkarlanıb. Bunların kökü araşdırılmalıdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin (2024-cü il üzrə) müzakirəsi zamanı millət vəkili Əli Məsimli deyib.

"Bundan başqa bələdiyyələrin sayında 2 faizdən çox azalma var. Onların birləşdirilməsinə strateji cəhətdən baxmaq lazımdır. Bələdiyyələrin fəaliyyətinə fikirdə, sözdə, əməldə baxmaq üçün onun azadlığına baxmaq lazımdır. O, hansısa qurumdan asılı olmamalıdır. Onların fəaliyyətində maddi vəsait də böyük rol oynayır. Bələdiyyələrin maliyyə imkanını genişləndirmək lazımdır. Çünki onun işi çoxdur. Bir çox rayonlarda, qəsəbələrdə pilot layihələr verilməlidir. Baxmaq lazımdır ki, onlar problemi nə qədər həll edə bilir", - deyə deputat qeyd etdi.

Türkan İSGƏNDƏRLİ