Bakı-Balakən-Bakı qatarlarının stansiya və dayanacaqlarda dayanma müddəti artırıldı

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Balakən-Bakı marşrutundan istifadə edən sərnişinlərin daha rahat minib-düşməsini təmin etmək üçün hərəkət cədvəlində müəyyən tənzimləmələr tətbiq edib.
ADY-dən Redaktor.az-a bildirilib ki, stansiya və dayanacaqlarda qatarların dayanma müddəti artırılıb.
Bununla yanaşı, bu xətt üzrə Balakəndən Bakı istiqamətində hərəkət edən qatarın yola düşmə vaxtı 22:10-dan 22:00-a dəyişdirilib.