Rəis vəzifəsindən azad - FOTO

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Cavid Kəngərli vəzifəsindən azad edilib.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Digər sərəncamla Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq onun müavini Tural Abdulzadəyə həvalə edilib.