"Ayaz və onun kimilər Azərbaycan dili üçün təhlükədir" - Seyran Səxavət

 17:00 20.02.2025     259

Rejissor Ayaz Salayev qatıldığı verilişdə Azərbaycan üçün rus dili yox, türk dilinin təhlükəli olduğunu bildirib. Onun bu fikirləri cəmiyyət tərəfindən qınanılıb. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan yazıçı Seyran Səxavət bildirdi ki, türk dili Azərbaycan üçün heç bir təhlükə yarada bilməz.

"Türk dili bizim öz dilimizdir. Adam öz-özünə necə təhlükə yarada bilər? Türk dili və Azərbaycan dili eyni kökdən gələn dillərdir və bu dildə danışmaq hər hansı təhlükə mənbəyi kimi qiymətləndirilə bilməz. Ayaz Salayev bilməyib bu cümləni işlədib. Buna görə hamı da onun üstünə gedir. Ayaz və onun kimilər hardasa milyonda bir qram da olsa, Azərbaycan dili üçün təhlükədir, amma türk dili Azərbaycan dili üçün təhlükə deyil", - deyə yazıçı vurğuladı.

Türkan İSGƏNDƏRLİ