Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHI

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
5. Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində;
6. Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, hər iki istiqamətdə;
7. Heydər Əliyev prospekti əsas yol, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.