Paytaxtın bir sıra yollarında sürət həddi ENDİRİLDİ

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən mövcud hava şəraiti ilə əlaqədar paytaxtın bəzi yollarında sürət həddi azaldılıb.
Redaktor.az xəbər verir ki, Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.
Bununla yanaşı, bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub.
Sürücülərdən yolda müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.