AYNA velosiped parkinqləri üçün pul AYIRDI

 15:24 22.02.2025     153

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) velosipedlərin parklanması üçün konstruksiyalar (quraşdırma daxil) alır.

Redaktor.az xəbər verir ki, artıq bununla bağlı agentlikdə müvafiq işlər start götürüb.

Alınacaq konstruksiyaların materialının paslanmayan metal ( nikel) olması və paslanma ilə bağlı 2 illik zəmanət verilməsi əsas şərtlərdəndir.

Eyni zamanda, bildirilir ki, hər konstruksiya 4 anker ilə yerə bərkidilməlidir. Bundan başqa, 1 konstruksiyada 5 velosipedin parklanması nəzərdə tutulur (5 yerlik).

AYNA sözügedən işlərin icrasının 1,1 milyon manata başa gələcəyini ehtimal edir.