Qarlı havada neçə nəfər xəsarət alıb?

 16:34 22.02.2025     160

Qarlı hava şəraiti ilə əlaqədar indiyədək 84 nəfər xəsarət alıb.

Bu barədə Redaktor.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb. Onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

"Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub", - məlumatda qeyd edilib.